“Nə “Qarabağ”, nə də “Hoffenhaym” ürəyimcədir”
Rumıniyanın FCSB klubunun idarə heyətinin sədri Mihai Stoika Avropa Liqasının əsas mərhələsindəki rəqibləri haqda danışarkən “Qarabağ”la bağlı da fikirlərini bildirib.
Komanda.az xəbər verir ki, “sportbull.ro” portalına danışan klub rəsmisi “köhlən atlar” haqda bunları deyib:
“Nə “Qarabağ”, nə də “Hoffenhaym” ürəyimcədir. İstəməzdim ki, “Midtyulland” da bizə rəqib olsun. Amma ən son istədiyim Almaniya klubunun rəqib çıxması idi”.
“Qarabağ” – FCSB oyunu gələn il yanvarın 23-də keçirikəcək. Tofiq Bəhramov adına stadionda keçiriləcək görüş saat 21:45-də başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin