“Everton”un futbolçusunun ayağını qıran Sondan açıqlama
UEFA Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində “Srvena Zvezda”ya 4:0 hesabı ilə qalib gələn “Tottenhem”in hücumçusu Son Hın Min oyundan sonra açıqlama verib.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, oyunda iki qolla yadda qalan cənubi koreyalı futbolçu, qarşılaşma haqqında danışaraq, Premyer Liqanın 11-ci turunda “Everton”un futbolçusu Andre Qomeşi zədələməsi ilə bağlı da açıqlama verib:
“Öz meydanında məğlub olmayan komandaya qalib gəlmək çox vacib idi. Bu, özümüzə olan inamı daha da artıracaq. Burda oynamaq həqiqətən çox çətin idi. Səfər oyunlarında da yaxşı çıxış edə biləcəyimizi bilirik. Buna görə də, daha yaxşı oyun göstərərək, irəliləyə bilərik.
Həqiqətən, ağır günlər keçirdim. Amma azarkeşlərimizdən və komanda yoldaşlarımdan aldığım dəstəklə nə qədər şanslı olduğumu başa düşdüm. Bu halın yaşandığı üçün çox təəssüflənirəm. Bu, qəza idi. Artıq komandama köklənməli və daha da yaxşılaşmalıyam”.
Hücumçu, “Everton”la matçda Andre Qomeşlə mübarizə zamanı kobud oynamış, nəticədə rəqibinin ayağı qırılmışdı. Bundan sonra göz yaşlarını saxlaya bilməyən Sonun depressiyaya düşdüyü deyilirdi. O, bu səbəbdən “Srvena Zvezda”ya vurduğu qollara da sevinməyib.
Bizi Facebook-da izləyin