“Nəticələr mənfidir, oyun üslubumuz yox” – Pioli
“Milan”ın baş məşqçisi Stefano Pioli İtaliya A Seriyasının 29-cu turunun “Empoli” ilə oyununu (0:0) şərh edib.
Komanda.az “Football İtalia”-ya istinadən xəbər verir ki, o, futbolçularının fasilədən sonrakı çıxışından söz açıb:
“Əlbəttə, bu, istədiyimiz nəticələr deyil. Əlimizdən gələnin ən yaxşısını edə biləcəyimiz ilk hissə üçün çox təəssüflənirəm. “Empoli”yə mübarizə aparmaq üçün imkan vermirdik.
Fasilədən sonra qələbə qazanmaq üçün hər şey etdik. Sanki top tora daxil olmaq istəmirdi. Çox heyif! Komandam hazırda yaxşı formadadır. Nəticələr mənfidir, oyun üslubumuz yox”.
“Qırmızı-qaralar” hazırda İtaliya çempionatının turnir cədvəlində 52 xalla üçüncüdür.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin