“Nəticə yaxşıdır, ancaq…” – Qvardiola
“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola, Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində “Şalke”ni məğlub etdikləri matçdan sonra fikirlərini bildirib.
Komanda.az xəbər verir ki, ispan mütəxəssis, 3:2 hesabıyla bitən görüşü belə şərh edib:
“Nəticə yaxşıdır, ancaq iki penalti etdik və 10 nəfərlə qaldıq. Növbəti mərhələlər üçün yarışmağa hazır deyilik. Bu səviyyədə edilməməsi lazım olan şeylər etdik. Asanlıqla top itirdik. Penaltilərin düzgün olduğunu bilmirəm. VAR sisteminə güvənirəm.
Rəqib heç nə etmədiyi vaxtlarda iki qol vurdu. Bu turnir çox fərqlidir. İnkişaf etməliyik”.
“Mançester Siti” ilə “Şalke” arasındakı cavab matçı martın 12-də keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin