“Nəticə bundan da yaxşı ola bilərdi” – Xorvatiyanın prezidenti
Xorvatiyanın prezidenti Kolinda Qrabar-Kitaroviç AÇ-2020-nin seçmə mərhələsində ölkəsinin Azərbaycanı məğlub etdiyi oyundan sonra fikirlərini bildirib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Kolinda 2:1 hesabıyla bitən görüşdə nəticənin daha yaxşı ola biləcəyini deyib:
“Nəticə bundan da yaxşı ola bilərdi. Ancaq nəzərə alaq ki, bu, seçmə mərhələnin ilk oyunudur. Hamı gördü ki, futbolçularımız meydanda dominantlıq edirdi. Lakin əlimizə düşən imkanlardan yararlana bilmirdik. Rəqibin iki şansı oldu və onun birini qola çevirdi. Oyun meydanın rəqibə aid hissəsində keçirdi. Ona görə daha çox hücumçumuz olmalı idi. Hesab edirəm ki, daha aqressiv oynamalıyıq.
Bazar günü keçiriləcək qarşılaşma daha yaxşı olacaq. Macarıstanda daha sürətli futbol izləyəcəyik. Mən oyuna birbaşa baxmaq üçün Budapeştə yollanacam. Həmin matçda da qələbə gözləyirəm. Amma futbolçular bir az oynamalı, aqressiv olmalıdır”.
Bizi Facebook-da izləyin