
Nəsirlinin komandası səfərdən 1 xalla qayıtdı
Latviya çempionatında 18-ci turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Ramin Nəsirlinin komandası “Dauqavpils” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Auda” ilə qarşılaşıb. Futbolçularımızın komandası meydanı heç-heçə ilə tərk edib – 1:1.
Ramin də bu görüşün iştirakçısı olub. O, 74-cü dəqiqədə meydana buraxılıb.
Futbolçumzun komandası hazırda 14 xalla 10 iştirakçı arasında 9-cu pillədə qərarlaşıb.
Müqavilə ilə “Neftçi”yə məxsus olan Ramin “Dauqavpils”də icarə əsasında forma geyinir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin