
Nəsirlinin komandası evdə xal itirdi
Latviya çempionatında 32-ci turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Ramin Nəsirlinin komandası “Dauqavpils” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Valmiera” ilə qarşılaşıb. Oyun qolsuz yekunlaşıb – 0:0.
Ramin də bu görüşün iştirakçısı olub. O, 90 dəqiqə mübarizə aparıb.
“Dauqavpils” hazırda 33 xalla 10 iştirakçı arasında 8-ci pillədə qərarlaşıb.
Müqavilə ilə “Neftçi”yə məxsus olan Ramin “Dauqavpils”də icarə əsasında forma geyinir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin