
Nəsirli oynadı, komandası səfərdə heç-heçə etdi
Latviya çempionatında 29-cu turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Ramin Nəsirlinin komandası “Dauqavpils” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Yelqava” ilə qarşılaşıb. Futbolçumuzun komandası meydanı heç-heçə ilə tərk edib – 0:0.
Ramin də bu görüşün iştirakçısı olub. O, əvvəldən sonadək meydanda olub.
Futbolçumzun komandası hazırda 26 xalla 10 iştirakçı arasında 9-cu pillədə qərarlaşıb.
Müqavilə ilə “Neftçi”yə məxsus olan Ramin “Dauqavpils”də icarə əsasında forma geyinir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin