Nəsirli oynadı, komandası liderə uduzdu

Latviya çempionatında 34-cü turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Ramin Nəsirlinin komandası “Dauqavpils” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə RFS-lə qarşılaşıb və 1:3 hesablı məğlubiyyətə üzülüb.

Ramin də bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan futbolçumuz 82-ci dəqiqədə əvəzlənib.

“Dauqavpils” hazırda 33 xalla 10 iştirakçı arasında 8-ci pillədə qərarlaşıb.

Müqavilə ilə “Neftçi”yə məxsus olan Ramin “Dauqavpils”də icarə əsasında forma geyinir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button