Nərgiz İsmayılova İtaliya klubunun oyununa təyinat alıb

Azərbaycan Voleybol Federasiyasının (AVF) Regional İnkişaf Mərkəzinin rəhbəri, Avropa Voleybol Konfederasiyasının (CEV) Avrokuboklar Komissiyasının üzvü Nərgiz İsmayılova qadın voleybolçular arasında Çempionlar Liqasına təyinat alıb.

AVF-nin mətbuat xidmətindən Komanda.az-a verilən məlumata görə, o, 1/4 final çərçivəsində keçiriləcək “LKS Commercecon LODZ” (Polşa) və “Allianz Vero Volley Milano” (İtaliya) klublarının qarşılaşmasında supervayzer kimi hakimlərin işinə qiymət verəcək.

Qarşılaşmanın hakimləri ukraynalı Mixaylo Medvid və rumıniyalı Boqdan Laurentiu Stoitsa olacaq.

Görüş fevralın 20-də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button