Nəbiyev oynadı, komandası qələbə qazandı

Koronavirus pandemiyasına görə martdan bəri dayandırılan futbol üzrə Çexiya çempionatlarında 2019/20 mövsümü bu gün bərpa olunub.

Komanda.az xəbər verir ki, 2-ci liqada mübarizə aparan “Viktoriya” (Jijkov) da növbəti matçına çıxıb.

Azərbaycanlı futbolçular – Fərid Nəbiyevlə Samir Qurbanovun formasını geyindiyi sözügedən klub 18-ci tur çərçivəsində səfərdə “Vitkoviçe” ilə qarşılaşıb. Jijkov klubu fasilədən sonrakı ilk oyunundan qələbə ilə ayrılıb – 1:0.

Fərid də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Daha çox əvəzedici heyətdə oynayan Samir isə bu matçın iştirak ərizəsinə daxil edilməyib.

“Viktoriya” 17 oyuna topladığı 29 xalla 6-cı pillədə qərarlaşıb.