“Nə vaxta qədər bizi ittiham edəcəklər?” – Vinisius
“Real”ın hücumçusu Vinisius Junior sosial şəbəkə hesabında paylaşım edib.
Komanda.az xəbər verir ki, braziliyalı vinger zorlama ilə bağlı ittiham olunan fransalı futbolçu Benjamin Mendiyə dəstək olub:
“Yaşadığın olaylara görə çox üzgünəm. Karyeranın iki ilini itirdin. Lakin bu, baş verən hadisələrin arasında ən kiçiyidir. Şübhəsiz ki, həyatın heç vaxt əvvəlki kimi olmayacaq. Dəyərlərin itirilməsi can almağa davam edir. Nə vaxta qədər bizi ittiham edəcəklər? Heç vaxt özümüzü müdafiə edə bilməyəcəyik? Saxta xəbərlər araşdırılmadan yayılır və durum daha da pisləşir”.
İki gün öncə – iyulun 14-də zorlama maddəsi ilə ittiham olunan Mendi saxlanılıb. Onun “Mançester Siti” ilə müqaviləsi iyulun 1-də başa çatıb. Fransalı futbolçu hazırda azad agent statusu daşıyır.
Bizi Facebook-da izləyin