120 milyon avroluq təklif

Xorvatiyalı müdafiəçi Yoşko Qvardiol “Real”ın diqqət mərkəzindədir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “kral klubu” futbolçu üçün “Leyptsiq”ə 120 milyon avro təklif edib.

Müdafiəçi üçün daha öncə Premyer Liqa təmsilçilərindən “Çelsi” 80 milyon avro, “Mançester Siti” isə 100 milyon avro ödəməyə hazır olduğunu bildirib. “Zadəganlar” xorvatiyalıya ildə 9 milyon avro, “Real” isə 6 milyon avro maaş təklif edib.

Qvardiol İspaniya klubunda çıxış etmək istədiyini və bu səbəbdən, aşağı maaş təklifini dəyərləndirə biləcəyini söyləyib.

Müdafiəçinin Bundesliqa təmsilçisi ilə müqaviləsində yer alan 110 milyon avroluq sərbəstqalma maddəsi 2024-cü ilin yayında qüvvəyə minəcək.

Qvardiolun çıxış etdiyi Xorvatiya millisi DÇ-2022-nin üçüncü yer uğrunda matçında Mərakeşi məğlub edərək (2:1), bürünc medala sahib çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button