Mətbuat haqqında dediklərinə görə üzr istədi
“Bayern”in yarımmüdafiəçisi Leon Qoretska mətbuata verdiyi sərt ifadələrə görə üzr istəyib.
Komanda.az “Bild”-ə istinadən xəbər verir ki, futbolçu, həmin vaxt oyundan sonra emosional olduğunu bildirib. Qoretska qeyd edib ki, futbolçular özlərinə daha çox tənqidi yanaşmalıdırlar:
“Matçdan sonra verdiyim açıqlama düzgün deyildi. Mən emosiyalar üzərində danışdım və oyundan sonra əsəbiləşmişdim. Biz özümüzə daha çox tənqidi yanaşmalı və tənqidi qəbul etməyi bacarmalıyıq. Həm müsbət, həm də mənfi cəhətləri şişirtməsək, yaxşı olar”.
Qoretska əvvəlki müsahibəsində medianın futbolçuları məhv etdiyini və “Bayern” oyunçularının son bir neçə həftə ərzində jurnalistlər tərəfindən geniş şəkildə tənqid edildiyini bildirmişdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin