“Dəqiq bir hədəfə ehtiyacım var” – Pirlo
İtaliya millisinin sabiq futbolçusu Andrea Pirlo açıqlama verib.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 40 yaşlı sabiq futbolçu, məşqçi olmaq istədiyini bildirib:
“Məşqçiliyə gənclərlə deyil, əsas komandalarla başlamağı üstün tuturam. Dəqiq bir hədəfə ehtiyacım var. Oyunun həyəcanını, məğlubiyyəti, qələbəni və məsuliyyəti hiss etmək istəyirəm. Gənclər komandasının mənim üçün uyğun olmadığına inanıram, bundan zövq ala bilmərəm. Əsas komandalarla məşqçi karyerama başlamaq istəyirəm.
İlk dəfə Antonio Kontenin taktiki dərslərindən sonra məşqçi olmaq haqqında düşünmüşəm”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin