Məsiyev təyinat alıb
Azərbaycanın FİFA referisi Elçin Məsiyev təyinat alıb.
Komanda.az xəbər verir ki, o, 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Bosniya və Herseqovina – Avstriya qarşılaşmasının baş hakimi olacaq.
Məsiyevə Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Tural Qurbanov yeriə yetirəcək.
Sentyabrın 6-da Sarayevo şəhərində yerləşən “Grbavica” stadionunda keçiriləcək görüş saat 20:00-da başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin