Məsiyev “Braqa”nın oyununa təyinat alıb

Azərbaycanın FİFA referisi Elçin Məsiyev UEFA Avropa Liqasının oyununa təyinat alıb.

Komanda.az xəbər verir ki, o, Rumıniyada ÇFR və Portuqaliyanın “Braqa” komandaları arasında keçiriləcək 3-cü təsnifat mərhələsinin ilk matçını idarə edəcək.

Ədalət təmsilçisinə Elşad Abdullayev və Pərvin Talıbov köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək. VAR-da ispan Sezar Soto Qrado, AVAR-da Alexandro Munyis Ruis əyləşəcək.

Avqustun 7-də baş tutacaq qarşılaşma saat 21:30-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button