Məsiyev Belçika klubunun oyununa təyinat alıb
Azərbaycanın FİFA referisi Elçin Məsiyev UEFA Konfrans Liqası matçına təyinat alıb.
Komanda.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, Belçikada yerli “Serkl Brügge” və Şotlandiyanın “Harts” komandaları arasında keçiriləcək 4-cü turun matçını idarə edəcək.
Məsiyevə Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək.
Noyabrın 28-də Brügge şəhərində yerləşən “Jan Breydel” stadionunda keçiriləcək görüş saat 21:45-də başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin