Məşhur stadionun azarkeş tutumu artırılıb
“Atletiko” klubu doğma stadionu “Civitas Metropolitano”nun tutumunu artırdığını açıqlayıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, indi arena 70 460 nəfərə qədər azarkeşi qəbul edə bilər.
“Atletiko”nun stadionunun əsası 1990-cı ildə qoyulub. Tikinti 1990-1993-cü illərdə aparılıb. Arenanın ilkin tutumu 20 min tamaşaçı olub. Stadionun açılışı 6 sentyabr 1994-cü ildə baş tutub. Lakin 2004-cü ildə stadion bağlanıb və yenidən qurulub.
“Atletiko” 2013-cü ilin sentyabrında köhnə qapalı arenanın yerində yeni stadion inşa ediləcəyini açıqlamışdı. 2017/2018 mövsümündən bəri “Civitas Metropolitano” “Atletiko”nun doğma stadionudır. 2019-cu il iyunun 1-də bu stadionda Çempionlar Liqasının final oyunu keçirilib. “Liverpul” həlledici matçda “Tottenhem”i 2:0 hesabı ilə məğlub edib.
Bizi Facebook-da izləyin