Məşhur qəzet “Bayer” – “Qarabağ” duelindən yazdı
İspaniya mətbuatı Avropa Liqasının 1/8 final mərhələsinin “Bayer” və “Qarabağ” arasında bu gün Leverkuzendə keçiriləcək cavab matçından (ilk oyun 2:2) yazıb.
Komanda.az xəbər verir ki, “Marca” qəzeti Ağdam klubunun yeni tarix yaza biləcəyini vurğulayıb:
“Bayer” Avropa Liqasında kuboka gedən yolda bu axşam çətin oyunla qarşılaşacaq. Xabi Alonsonun komandası “Qarabağ”la 1/8 finalın ilk oyunda 2:2 hesablı heç-heçədən sonra yaxşı nəticə əldə etməli olacaq. Leverkuzen komandasının baş məşqçisi “mən belə oyunları xoşlayıram, burada ya davam edirsən, ya da sıradan çıxırsan” demişdi.
Azərbaycan çempionu bu mövsüm bütün yarışlarda heç vaxt uduzmayan Avropanın yeganə komandasının məğlubiyyətsiz seriyasına son qoymağa ən yaxını idi. Julio Romao və Elvin Cəfərquliyevin də cəzadan döndüyü komanda Bakıdakı ilk görüşdə Benzia və Juninyonun qollarından sonra 2:0 hesabı ilə öndə olsa da, Virts və Patrik Şik “Bayer”in cavab qollarını vurmuşdu.
Zədəli Bonifase və Artursuz oynayacaq “Bayer” şübhəsiz ki, cavab matçında mübarizə aparacaq. Bununla belə, Tella, İqlesias və Adli kimi futbolçuların start heyətində yer alması mümkündür. Qapıda kimin olacağı ilə bağlı çoxlu qeyri-müəyyənlik var idi, amma deyəsən, bu da həll olunub: Kovarj sağalmağı bacarıb.
Maraqlıdır ki, komandalar artıq bu mövsüm qrup mərhələsində qarşılaşıblar. Hər iki oyunda Leverkuzen klubu qalib gəlib (5:1, 1:0).
2017/18 mövsümündə Çempionlar Liqasının qrupundan çıxmasına mane olaraq, bir vaxtlar “Atletiko”nu təəccübləndirən “Qarabağ” avrokuboklarda tarix yazmağa davam etmək istəyir. 1/8 final “Qarabağ” üçün debütdür, lakin indi onlar 1/4 final istəyirlər”.
“Bayer” – “Qarabağ” görüşü bu gün saat 00:00-da başlayacaq.
Bizi Facebook-da izləyin