Məşhur nəşr Ten Haqı tənqid etdi

Leverkuzen “Bayer”i Bundesliqanın ilk turunda öz meydanında “Hoffenhaym”a 1:2 hesabı ilə məğlub olub.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, oyundan sonra Almaniyanın məşhur nəşri “Kicker” “Bayer”in yeni baş məşqçisi Erik ten Haq haqqında tənqidi məqalə dərc edib.

Niderlandlı mütəxəssis artıq ilk turdan sonra ciddi təzyiq altındadır. Nəşrin yazdığına görə, “Bayer” zəif oyun nümayiş etdirib, nə pressinq, nə də əks-hücum baxımından komandadan gözlənilənlər doğrulmayıb.

Ten Haqın tənqid olunmasına səbəb olan digər məqamlar isə rəqibə qarşı hazırlıq səviyyəsi, oyundan öncəki motivasiyaedici çıxışı və qarşılaşma zamanı etdiyi dəyişikliklərin təsirsizliyi olub.

Leverkuzendəki vəziyyətin necə dəyişəcəyini isə növbəti tur göstərəcək. “Bayer” avqustun 30-da səfərdə “Verder”lə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button