Məşhur nəşr Mahirin qolları haqda: “Kifayət deyil”

Almaniyanın “Bild” nəşri Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi “Nürnberq”in 2-ci Bundesliqadakı son oyunlarını təhlil edib.

Komanda.az xəbər verir ki, məşhur nəşrin yazısında Emrelinin də oyununa toxunulub. Yazıda qeyd olunub ki, Mahirin son iki turda üç qol vurması komandanı irəli aparmaq üçün yetərli deyil:

“Paderborn”la oyunda (2:3) qapıya cəmi üç zərbə endirildi ki, onun 2-si qol oldu. “Kayzerslautern”lə oyunda (2:1) isə bu göstərici bir qədər yaxşı idi. Mahir Emreli son iki oyunda 3 qol vurub. Onun qol vurmaq instinktini qaytarması yaxşıdır, amma kifayət deyil. Mahir “Paderborn”la oyunda “Nürnberq”in yeganə hücumçusu idi. Bundan başqa, azərbaycanlı futbolçu qısa ötürmə kombinasiyalı oyuna üstünlük verir. Komandada isə hücumun dərinliyinə getmək baxımından çatışmazlıq var”.

“Nürnberq”in hücum xəttində çıxış edən oyunçulardan Stefanos Timas zədəli, Janis Antist isə cəzalı durumda olduğundan son oyunlarda komandaya kömək edə bilməyib.

“Paderborn”la görüşdə Mahirə hər iki qolun ötürməsini verən Yulian Yustvan da komandasının hücumda “axsadığını” etiraf edib:

“Son matçlarda sadəcə dərinliyə doğru irəliləyə biləcək bir oyunçu çatışmazlığı hiss edirik. Təbii ki, Mahir kimi öndə olan bir oyunçumuz var. Amma ikinci hücumçu olmalıdır ki, irəlidə təzyiq yarada bilək”.

Emreli bu mövsüm 2-ci Bundesliqada 20 oyunda 6 qol vurub, 1 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button