Məşhur məşqçi “Əl-İttihad”da

İngiltərənin “Tottenhem” klubunun sabiq baş məşqçisi Nuno Espirito Santonun yeni iş yeri müəyyənləşib.

Komanda.az xəbər verir ki, Portuqaliyadan olan 48 yaşlı mütəxəssis bundan sonra Səudiyyə Ərəbistanının “Əl-İttihad” komandasına rəhbərlik edəcək.

Bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb. Tərəflər 2 illik müqaviləyə imza atıblar.

Nuno Santo daha öncə “Valensiya”, “Portu” və “Vulverhempton”a da rəhbərlik edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button