
Məşhur hücumçu “Qalatasaray”a keçə bilər
“Çelsi”nin hücumçusu Pyer-Emerik Obameyanqın karyerasını Türkiyədə davam etdirmək ehtimalı var.
Komanda.az “The Telegraph”-a istinadən xəbər verir ki, “Qalatasaray” qabonlu forvard üçün təklif hazırlamağa başlayıb.
Obameyanqın “zadəganlar”la hazırkı müqaviləsi 2024-cü ilin yayına qədərdir.
O, 2022/23 mövsümündə “Çelsi”nin heyətində 21 oyuna çıxıb, üç qol vurub və bir məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin