Məşhur futbolçuların evlərindən oğurluq edən cinayətkar qrup saxlanılıb
İspaniya polisi məşhur futbolçuların evlərində oğurluqla məşğul olan cinayətkar qrupun fəaliyyətini dayandırıb.
Komanda.az xəbər verir ki, bu barədə krallığın hüquq-mühafizə orqanlarının press-relizində deyilir.
Məlumatda bildirilir ki, 2022-ci ilin iyul ayından dəbdəbəli yaşayış komplekslərində səkkiz oğurluq hadisəsində əli olduğu güman edilən 6 nəfər saxlanılıb. Hədəfləri seçmək üçün şübhəlilər sosial mediadan istifadə edərək, idmançıların ailə üzvləri və yaxınları tərəfindən yerləşdirilən fotoşəkilləri və videoları öyrəniblər.
İstintaq 2023-cü ilin may ayında Madrid əyalətindəki bir evdə baş vermiş soyğunçuluğa yönəldilib. Daha sonra cinayətkarlar təxminən 500 min avro dəyərində əşyalar oğurlaya biliblər. Polis qurbanın adını açıqlamasa da, bu müddət ərzində “Real”ın hücumçusu Rodriqonun evində oğurluq olub.
Bizi Facebook-da izləyin