Məşhur futbolçu Azərbaycandan təklif alıb

Braziliya millisinin keçmiş futbolçusu Vaqner Lav karyerasını Azərbaycanda davam etdirə bilər.

Komanda.az xəbər verir ki, bu barədə 38 yaşlı hücumçunun agenti Evandro Ferreyra açıqlama verib. Agent bildirib ki, Lav Azərbaycan, Türkiyə və Braziliya klubları ilə danışıqlar aparır.

Son klubu Danimarka “Midtülland”ı olan Lav Rusiyanın ÇSKA, Fransanın “Monako”, Türkiyənin “Alanyaspor”, “Beşiktaş” və Qazaxıstanın “Kayrat” komandalarında da forma geyinib.

Daha əvvəl “Sabah” klubunun braziliyalı forvardla maraqlandığı bildirilmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button