“Mərhələni keçmək istəyirik” – “Beşiktaş”ın futbolçusu
“Beşiktaş” Avropa Konfrans Liqası 3-cü təsnifat mərhələsinin ilk oyununda səfərdə “Neftçi”ni 3:1 hesabı ilə məğlub edib.
Komanda.az xəbər verir ki, İstanbul təmsilçisinin futbolçusu Salih Uçan oyundan sonra açıqlama verib. 29 yaşlı yarımmüdafiəçi mərhələni keçmək istədiklərini bildirib:
“Səfərdə oynadıq, gözəl nəticə əldə etdik. Mərhələni keçmək istəyirik. Bizi burada dəstəkləyən azarkelərimizə təşəkkür edirik. “8 nömrə” mövqeyində özümü daha rahat hiss edirəm. Bəzən “6 nömrə” mövqeyində də oynaya bilirəm. Özümü yaradıcı oyunçu hesab edirəm”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin