“Hər kəsə göstərməliyik ki…” – Regekampf
“İlk oyunda məğlub olduq. Bu qarşılaşmanı analiz etmişik. Sabah meydana çıxıb hər kəsə göstərməliyik ki, birinci matçda qeydə alınan məğlubiyyət təsadüf idi”.
Komanda.az xəbər verir ki, bu sözləri “Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf Bakıda “Aris”ə qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunundan əvvəl mətbuat konfransında deyib.
O, əllərindən gələni edəcəklərini deyib:
“Dönüş yaratmaq üçün əlimizdən gələni edəcəyik. Həm özümüz, həm də fanatlarımız üçün növbəti mərhələyə adlamağa çalışacağıq”.
Mehri Qurban
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin