
Mərakeşli iş adamı “Real”ın prezidentinə Kloppu məsləhət görüb
Mərakeşli investor Anas Laqrari “Real”ın prezidenti Florentino Peresin yaxın tərəfdarlarından biri kimi tanınır.
Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, o, bu yaxınlarda Yurgen Kloppu “Real”ın baş məşqçisi görmək istədiyini Peresə bildirib.
Laqrari Kloppun böyük pərəstişkarıdır. Həmçinin, o, son bir neçə həftə və ya hətta ay ərzində Peresə Klopp barədə düşünməsini də təklif edib. Klopp “Liverpul”u bir müddət əvvəl tərk etmişdi.
Əvvəlcə məlum olub ki, Kloppun nümayəndəsi Mark Kositske öz müştərisinin məşqçilik işinə geri qayıtması barədə məlumatı təkzib edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin