Qattuzonu təsirləndirən futbolçu

İtaliyalı mütəxəssis Cennaro Qattuzo bəyəndiyi futbolçuların adlarını açıqlayıb.

Komanda.az “ITASportPress”-ə istinadən xəbər verir ki, o, Mərakeş milli komandasının futbolçusu Sofyan Amrabatdan söz açıb:

“Amrabat! Mən onun inanılmaz enerjisini və fədakarlığını DÇ-2022-də izlədim. O, məni çox təsirləndirdi. Eyni zamanda, Tonali də. O, məndən daha texnikalıdır”.

Qattuzonun sonuncu iş yeri İspaniyanın “Valensiya” klubu olub. O, 2023-cü ilin yanvarında istefaya göndərilib. Buna səbəb “yarasalar”ın cari mövsümdə uğursuz çıxışı olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button