Mərakeş yığmasının üzvü Liqa 1-də klubunu dəyişdi
Marsel “Olimpik”i heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, sözügedən klub Mərakeş yığmasının və Liqa 1-in digər təmsilçisi “Anje”nin yarımmüdafiəçisi Azeddin Unaini transfer edib.
22 yaşlı futbolçunun transferi üçün “Anje”yə 8 milyon avro ödənilib. Futbolçu ilə müqavilənin müddəti isə 2027-ci ilin 30 iyununa qədər nəzərdə tutulub.
Unai daha öncə Fransada “Strasburq” və “Avranş”da da oynayıb. 2021-ci ildən “Anje”də olan futbolçu bu komandada 48 oyuna 2 qol vurub. O, Mərakeş yığmasında da 17 oyuna 2 qola imza atıb.
“Anje” digər yarımmüdafiəçiləri – Antonin Bobişon və Marin Yakolişlə də vidalaşıb. Bobişon “Laval” klubuna transfer olunub. O, yeni klubu ilə 2024-cü ilin 30 iyununa kimi anlaşıb. 27 yaşlı yarımmüdafiəçi 2019-cu ilin avqust ayından oynadığı “Anje”də 50 oyuna 2 qol vurub. Yakoliş isə Kiprin AEK (Larnaka) klubuna icarəyə verilib. Xorvatiyadan olan 26 yaşlı vinger 2023-cü ilin 31 mayına kimi icarədə çıxış edəcək. O, 2022-ci ilin yanvarından oynadığı “Anje”də 11 oyun keçirib.
Bizi Facebook-da izləyin