DÇ-2022: “Mərakeş matçı penaltilər seriyasına apara bilər”

“Mançester Yunayted”in keçmiş futbolçusu Andrey Kançelskis Mərakeş milli komandası barədə fikirlərini bildirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, DÇ-2022-nin yarımfinalında Mərakeşin rəqibi olan Fransa yığmasının güclü hücum xəttinə sahib olduğunu deyib:

“Fransa kompozisiya baxımından daha bacarıqlı və güclüdür. Onların çox yaxşı hücum xətti var. İstənilən komandanın müdafiəsini yarmağa malikdirlər. Mərakeş millisi oyunu penaltilər seriyasına apara bilər. Amma bunun asan olacağını düşünmürəm. Hər şey Fransadan asılı olacaq”.

Kançelskis, Fransa millisinin lideri Kilian Mbappe haqda da danışıb:

“Mərakeşli futbolçuların Mbappeni dayandıra biləcəyinə inanmıram. Əvvəlki matçlarda rəqiblər onu dayandıra bilməyiblərsə, mərakeşlilər onu necə dayandıra bilər? O, hər oyunda getdikcə daha çox inam qazanır”.

Mərakeş millisi bu gün DÇ-2022-nin yarımfinalında Fransa ilə qarşılaşacaq. Cütün qalibi finalda Argentina ilə üz-üzə gələcək. Məğlub olan komanda üçüncü yer uğrunda oyunda Xorvatiya yığması ilə mübarizə aparacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button