“Mərakeş daha yaxşı oynadı” – Terri

İngiltərə millisinin keçmiş futbolçusu Con Terri Fransanın DÇ-2022-nin yarımfinalında Mərakeşi məğlub etməsi haqda fikir bildirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Afrika təmsilçisinin daha yaxşı çıxış etdiyini deyib:

“Fransa qalib gəlməyin yolunu tapdı. Heyətdə olan oyunçuları nəzərə alsaq, onlardan daha çox şey gözləyirdim. Fikrimcə, Mərakeş 90 dəqiqə daha yaxşı çıxış etdi”.

Fransa millisi DÇ-2022-nin yarımfinalında Mərakeşi məğlub edərək (2:0), həlledici mərhələyə çıxa bilib. Onların rəqibi Argentina yığması olacaq. Oyun dekabrın 18-də keçiriləcək.

Üçüncü yer uğrunda görüşdə Mərakeş dekabrın 17-də Xorvatiya millisi ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button