“Məqsədimiz Premyer Liqada qalmaqdır” – “Səbail”in məşqçisi

“Səbail” bu gün Azərbaycan kubokunun 1/4 mərhələsinin cavab matçında (ilk oyun 0:1) “Qarabağ”la üz-üzə gəlib.

Komanda.az xəbər verir ki, Tofiq Bəhramov adına Respulika stadionunda keçirilən matçdan sonra Bakı təmsilçisinin köməkçi məşqçisi Elvin Məmmədovun mətbuat konfransı keçirilib. Məmmədov 1:3 hesabı ilə məğlub olduqları oyunu belə şərh edib:

“Kubok oyunu bizim üçün təcrübə idi. Uşaqlara təşəkkür etmək istəyirəm. Yaxşı mübarizə apardılar, nizam-intizamlı oynadılar. Göstərdikləri mübarizəyə görə sağ olsunlar.

Növbəti oyun “Şamaxı”ya qarşıdır. Məqsədimiz Premyer Liqada qalmaqdır. Ümid edirik ki, yaxşı çıxış edib xallar qazanarıq”.

Baş məşqçi Cavid Hüseynov cəzalı olduğu üçün komandanı meydana Elvin Məmmədov çıxarıb.

İki oyunun nəticəsinə əsasən 1:4 hesabı ilə məğlub olan “Səbail” kubokda mübarizəni dayandırıb.

Fəxri Rüstəmli

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button