“Biz hamımız eyni “gəmi”dəyik” – “Bayern” rəsmisi
“Bayern”in idman direktoru Kristof Freund komandanın baş məşqçisi Tomas Tuxelin vəziyyəti haqda danışıb.
Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Almaniya klubunun rəsmisi Tuxelin çətin vəziyyətlə mübarizə apardığını bildirib:
“Tuxel hamımız üçün çox çətin olan bir vəziyyətlə mübarizə aparır. Məqsədimiz bu vəziyyətdən birlikdə çıxış yolu tapmaqdır. Biz hamımız eyni “gəmi”dəyik”.
“Bayern” Çempionlar Liqasının pley-off mərhələsinin ilk görüşündə “Latsio”ya 0:1 hesabı ilə uduzub. Bu, Münhen klubunun 2023/2024 mövsümündə ÇL-də ilk məğlubiyyəti olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin