“Məqsəd Rusiya çempionu olaraq geri dönməkdir”
“Araz-Naxçıvan” futzal klubunun qapıçısı Rövşən Hüseynlinin karyerasını Rusiyanın “Torpedo” komandasında davam etdirəcəyini xəbər vermişdik.
Komanda.az xəbər verir ki, Hüseynli, sosial şəbəkə hesabında vida mesajı paylaşıb:
“2014-cü ildən çıxış etdiyim, bu yerlərə gəlməyimdə böyük və xüsusi pay sahibi olan klubdan bu gün ayrıldım. Bu günə qədər mənə dəstək olan, əziyyətimi çəkən hər kəsə minnətdaram.
Klub rəhbərlərinə xüsusi təşəkkürümü bildirirəm. Bu yolda mənə böyük ölçüdə kömək oldular. Rəhbərlik və komanda yoldaşlarım, çox sağ olun. Uğur hər zaman sizinlə olsun.
“Araz-Naxçıvan” klubu daim qəlbimdə olacaq. Bundan sonrakı karyeramı Rusiyanın “Torpedo” klubunda davam etdirəcəm. Məqsəd vətənim Azərbaycanı idmançı kimi layiqincə təmsil etmək və Rusiya çempionu olaraq geri dönməkdir”.
Bizi Facebook-da izləyin