“Mənə yox, komandanın oyununa baxmağa gəlirlər” – Müsahibə
Gürcüstanlı yarımmüdafiəçi Xviça Kvaratsxeliya Rusiya mətbuatına müsahibə verib.
Komanda.az xəbər verir ki, Azərbaycan millisinin keçmiş hucumçusu Badri Kvaratsxeliyanın oğlu olan Xviça İtaliyanın “Napoli” klubu ilə anlaşmasından, komandanın baş məşqçisi Luçano Spaletti ilə ünsiyyətindən danışıb:
- Niyə son dövrləri Batumi “Dinamo”sunda keçirməyə qərar verdin?
- Çünki bu müddətdə Gürcüstanda oynamaq istəyirdim. Mənə yaxşı oldu.
- Bütün stadiondakılar sənə görə oyunlara gəlir. Həm millinin oyunlarında, həm də klubun matçlarında.
- Yalnız mənim üçün deyil. Batumidə futbol çox populyardır. Mənə yox, komandanın oyununa baxmağa gəlirlər.
- Spaletti ilə və hansı dildə əlaqə saxlamısız? Rusca, deyilmi?
- İngiliscə.
- Nə danışırdız? Onun sənə ilk dediyi nə oldu? O, səndən necə istifadə edəcək?
- Bilmirəm, deyə bilmərəm. Amma o, mənə “Napoli”yə keçmək imkanından danışdı ki, hazır olum. Spalletti çox güclü məşqçidir. Mən onunla işləmək istəyirəm.
- Sənin də iştirakınla Gürcüstan millisi son matçlarda çox yaxşı oynayır. Komandanız dünya və Avropa çempionatlarına nə vaxt qatılacaq?
- Tezliklə qatılacağını deyə bilərəm.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin