
“Mourinyo futbol tarixinin ən yaxşı məşqçisidir”
“İnter”in sabiq futbolçusu Uesli Sneyder “Fənərbaxça”nın baş məşqçisi Joze Mourinyo haqda danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, portuqaliyalı mütəxəssis haqda bunu deyib:
“Mənim üçün bəli, Mourinyo futbol tarixinin ən yaxşı məşqçisidir. 2010-cu ildə “İnter”lə etdiklərimiz tarixi nailiyyət idi (Çempionlar Liqasında qələbə). Mourinyo bizi hər kəsə qalib gələ biləcəyimizə inandırdı.
O, sadəcə məşqçi deyil, liderdir. Mən ona hər zaman hörmət edəcəm”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



