“Mənim üçün idmanın siyasətlə heç bir əlaqəsi yoxdur” – Luçesku
Kiyev “Dinamo”sunun baş məşqçisi Mirça Luçesku hesab edir ki, Rusiyanın Ukraynaya hücum etməsinə görə rusiyalı idmançılara qarşı sanksiyaların tətbiqi səhv addımdır.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, rumıniyalı mütəxəssis, idmanın siyasətlə heç bir əlaqəsinin olmadığını deyib:
“Mənim üçün idmanın siyasətlə heç bir əlaqəsi yoxdur. İndi baş verənlər səhvdir. İnsanlar idman yarışlarında meydana çıxmağa davam etməlidir. İdmançıları çempion olmaq hüququndan məhrum etməyə ehtiyac yoxdur. İdman yalnız kömək edə bilər”.
Rusiya qoşunları fevralın 24-dən Ukraynaya hücuma keçiblər. Bu hücum bütün dünyada kəskin etirazlara səbəb olub. Bu hücumdan sonra Rusiyaya qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. Həmçinin, Rusiyanın və onun müttəfiqi olan Belarusun müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.
Bizi Facebook-da izləyin