“Mənim qiymətim 100 milyon avrodan çoxdur” – “Qalatasaray”ın hücumçusu

“Qalatasaray”ın hücumçusu Viktor Osimhen öz qiyməti haqda danışıb.

Komanda.az “Corriere dello Sport”-a istinadən xəbər verir ki, nigeriyalı forvard qiymətinin 100 milyon avrodan çox olduğunu deyib:

“Mənim qiymətim 100 milyon avrodan çoxdur. Dünyada mənim kimi bu üslubda çıxış edib uğur qazanan futbolçu azdır. Bu, mənim xüsusiyyətlərim və etdiklərimlə bağlıdır. İnsanlar fərqli düşünürlər? Bəziləri deyir ki, mən 15 milyon avro dəyərindəyəm. Digərləri 100, 120 və ya 150 deyir. Hər kəsin fərqli fikirləri var”.

Viktor Osimhen “Napoli”dən icarə əsasında keçdikdən sonra “Qalatasaray”da 4 oyun keçirib. O, yeni klubunda 2 qol vurub və 4 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button