Adı “Liverpul”la hallanan futbolçu: “Brayton”da qalmaq imkanım var”

“Brayton”un yarımmüdafiəçisi Aleksis Makallister karyerası ilə bağlı açıqlama verib.

Komanda.az “The Athletic”-ə istinadən xəbər verir ki, o, “Brayton”da qala biləcəyini vurğulayıb:

“Hazırda çox sakitəm. Məni mən edən “Brayton”da qalmaq imkanım var. Bu klubun bir parçası olmaqdan həzz alıram”.

Öncədən argentinalı oyunçunun “Liverpul”a keçməyə yaxın olduğu bildirilirdi.

Son dünya çempionu 2022/23 mövsümündə “qağayılar”ın heyətində 40 oyuna çıxıb, 12 qol vurub və 2 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button