“Məncə, hazırda mübarizə apardığımız yeganə xəstəlik irqçilikdir” – Sterlinq
“Mançester Siti”nin futbolçusu Rahim Sterlinq irqçiliklə bağlı açıqlama verib.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, 25 yaşlı futbolçu, irqçiliyin xəstəlik olduğunu bildirib:
“Bu, bir az xoşagəlməz görünə bilər, amma məncə, hazırda mübarizə apardığımız yeganə xəstəlik irqçilikdir. İndiki halda ən vacib məsələ budur, çünki bu, illərdir davam edir. Pandemiyada olduğu kimi, irqçiliyi də dayandırmaq üçün bir həll yolu tapmaq istəyirik. Belə hallar baş verəndə, işim, karyeram haqqında düşünmürəm. İnsanlar dəyişməyə hazırdır, bu dəyişiklikləri həyata keçirməliyik. Bu haqda danışmağa davam edəcəm, çünki bununla insanlar arasında müzakirələr yarana bilər. Onlar ölkədəki digər insanlara bərabər, şans vermək barədə düşünməyə başlaya bilərlər”.
Bizi Facebook-da izləyin