“Məncə, “böyük” Ançelottini təsvir etmək üçün ən yaxşı sözdür”
“Barselona”nın sabiq futbolçusu Ronaldinyo “Real”ın baş məşqçisi Karlo Ançelottini böyük mütəxəssis hesab etdiyini deyib.
Komanda.az “Football İtalia”-ya istinadən xəbər verir ki, braziliyalı keçmiş futbolçu Ançelottini “böyük məşqçi” adlandırıb:
“Böyük məşqçi və gözəl insan. Onun hələ də işləməsi və ildən-ilə yüksək səviyyədə çıxış etməsi nəhəng qabiliyyətindən xəbər verir. “Məncə, “böyük” onu təsvir etmək üçün ən yaxşı sözdür”.
Ançelotti 2021-ci ildən “kral klubu”na rəhbərlik edir. Onun klubla hazırkı müqaviləsi cari mövsümün sonuna kimi nəzərdə tutulub. Bundan sonra onun Braziliya millisinə rəhbərlik edəcəyi bildirilir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin