Qvardiola: “Əvvəllər heç vaxt belə bir şey görməmişdim”
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola komandanın böhrana düşməsinin səbəblərindən birinin adını çəkib.
Komanda.az “City Report”-a istinadən xəbər verir ki, ispaniyalı çalışdırıcı əvvəllər heç vaxt belə bir şey görmədiyini bildirib:
“Biz futbolçulardan çox şey tələb etdik. Bu illər ərzində onlar bütün turnirlərdə həlledici mərhələlərə yüksələrək uğur qazanıblar, buna görə də az istirahət ediblər. Gec-tez elə bir vaxt gəlir ki, bədən artıq yükə tab gətirə bilmir. Həkimlər və fizioterapevtlər bu mövsüm inanılmaz iş görürlər. Mən əvvəllər heç vaxt belə bir şey görməmişdim”.
“Mançestet Siti” bütün yarışlarda keçirdiyi son 9 matçdan yalnız birində qalib gəlib, 6 dəfə uduzub. Premyer Liqanın hazırkı çempionu turnir cədvəlində 4-cü yeri tutur.
Bizi Facebook-da izləyin