Ronaldo üçün darıxıb – 18 yaşlı futbolçu

“Mançester Yunayted”in yarımmüdafiəçisi Kobbi Mainu klubun hansı əfsanəsi ilə oynamaq istəyər sualını cavablandırıb.

Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, 18 yaşlı futbolçu iki futbolçunun adını çəkib:

“Bəlkə də, Kriştiano Ronaldodur. Mən əsas komandaya cəlb olunanda onun üçün darıxırdım. Pol Skoulz da seçimlərimdən biri olardı”.

Ronaldo 2003-2009-cu illərdə və 2021/22 mövsümündə “qırmızı şeytanlar”da çıxış edib. 39 yaşlı oyunçu ümumilikdə komandanın heyətində 346 oyun keçirib, 145 qol vurub və 64 məhsuldar ötürmə edib. O, hazırda Səudiyyə Ərəbistanının “Əl Nəsr” klubunun oyunçusudur.

Mainu 2022-ci ildən “Mançester Yunayted”də çıxış edir. O, 2023-cü ildə İngiltərə klubunun əsas komandasında debüt edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button