
“Mən yağışı xoşlayıram” – “Qarabağ”ın futbolçusu
“Qarabağ”ın və Azərbaycan millisinin yarımmüdafiəçisi Aleksey İsayev “Zenit-2″də çıxış etdiyi müddətdə Sankt-Peterburqdakı həyatı ilə bağlı xatirələrini bölüşüb.
Komanda.az xəbər verir ki, “Championat”-a danışan futbolçu hər yerə uyğunlaşan biri olduğunu deyib:
“İlk dəfə evdən ayrıldım. Həmin dövr mənə məsuliyyət öyrətdi. Ən əsası isə anladım ki, harada olursan ol, özün qalmalısan. Və nə olursa olsun, “Zenit-2″dəki mövsüm yaxşı səviyyədə oynaya biləcəyimi göstərdi.
Sankt-Peterburq məni yaxşı qəbul etdi. Mən hər yerə uyğunlaşa bilən adamam. Sankt-Peterburq gözəl şəhərdir, mədəniyyət paytaxtıdır. Krasnoyarskdan olan sadə bir uşaq üçün bu, başqa bir şey idi. Hamı havadan gileylənir, amma mənim əksinə, xoşum gəlir. Mən yağışı xoşlayıram”.
İsayev Krasnoyarsk futbolunun yetirməsidir. O, əvvəllər “Yenisey”, “Zenit-2” və “Sabah”da çıxış edib.
Bizi Facebook-da izləyin



