“Mən təslim olmağa öyrəşməmişəm” – Millinin baş məşqçisi

Braziliya millisinin baş məşqçisi Dorival Junior Argentina yığması ilə DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində keçirilən səfər matçında məğlubiyyəti (1:4) şərh edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı mütəxəssis bunun ciddi məğlubiyyət olduğunu bildirib:

“Bu, ciddi məğlubiyyətdir. Ancaq bundan sonra düzgün yolu tapacağımıza şübhə etmirəm. Təcrübəmlə bunu etmək olar. Mən təslim olmağa öyrəşməmişəm və işlədiyim komandalarda həmişə uğur qazanmışam”.

Keçirdiyi 14 oyundan sonra Braziliya yığması turnir cədvəlinin 4-cü, Argentina millisi isə 1-ci pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button