“Mən sizə həmişə minnətdar olacam” – İngiltərəli futbolçu
“Arsenal”ın yarımmüdafiəçisi Bukayo Saka AÇ-2024-də uduzduqları final oyunundan sonra Qaret Sautqeytin İngiltərə yığmasının baş məşqçisi postundan getməsinə münasibət bildirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ingiltərəli futbolçu Sautqeytə uğurlar arzulayıb:
“Qaret, mənim və komandamız üçün etdiyiniz hər şeyə görə təşəkkür edirəm. Mən sizə həmişə minnətdar olacam. Dəstəyinizə və işinizə görə çox sağ olun. Sizə ən yaxşısını arzulayıram”.
Sautqeyt 2016-cı ildən İngiltərə millisinin baş məşqçisi vəzifəsində çalışırdı. Milli komanda onun rəhbərliyi altında Avropa çempionatının finalına yüksəlib və burada İspaniya yığmasına 1:2 hesabı ilə məğlub olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin