Keçmiş futbolçu Salaha görə məyus olub
“Liverpul”un sabiq müdafiəçisi Cimi Karrager Məhəmməd Salahın Mersisayd klubundakı gələcəyi haqda danışıb.
Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, ingiltərəli keçmiş futbolçu, Salaha görə məyus olduğunu bildirib:
“Mən Salaha görə məyus oldum. İstərdim ki, tərəflər nəhayət, görüşüb bu məsələni müzakirə etsinlər”.
Salaha klub tərəfindən hələ də yeni müqavilə təklif edilməyib. Ona görə də, konkret danışıqlar aparılmır.
Misirli forvardla “qırmızılar” arasındakı müqavilə gələn ilin yayında başa çatacaq. O, İngiltərə Premyer Liqasının cari mövsümündə 12 oyun keçirib, 10 qol vurub və 6 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin