“Başlanğıcım pis olmadı” – “Liverpul”un futbolçusu

“Liverpul”un yarımmüdafiəçisi Rayan Qravenberx yeni komandaya uyğunlaşması haqda danışıb.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, o, İngiltərə komandasında yaxşı başlanğıc etdiyini düşünür:

“Mən bundan məmnunam. Təbii ki, təkmilləşə və daha çox şeyə nail ola bilərəm, amma məncə, başlanğıcım pis olmadı. Mən sadəcə komanda üçün vacib olmaq istəyirəm. “Ayaks”da çox oynamışam, ona görə də, orda da inamım var idi. İndi Yurgen Klopp mənə inam verir və mən sadəcə meydanda olmaqdan həzz alıram.

Məncə hər kəs işinin öhdəsindən gəlir. Təbii ki, bura gələndə bir az çətin olur, amma düşünürəm ki, yarımmüdafiədə olan hər bir oyunçu göstərdi ki, biz bütün gücümüzü vermək istəyirik və tez uyğunlaşmaq istəyirik. Düşünürəm ki, siz bizim oyunumuzu görmüsüzsə, biz bunu normal edirik!”

21 yaşlı yarımmüdafiəçi 2023-cü ilin sentyabrında “Bayern”dən “Liverpul”a keçib. Onun transfer məbləği 40 milyon avro olub. Bu mövsüm o, 16 oyun keçirib, 2 qol vurub və 2 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button